Mühasibat uçotu

Kiçik və orta müəssisələr hər zaman kəskin rəqabətlə qarşılaşır. Buna görə onların maliyyə işlərində nəzarət güclü olmalıdır. Belə nəzarət yalnız təcrübəli peşakar mühasiblər tərəfindən həyata keçirilməlidir ki, onlar da bəzən kiçik və orta şirkətlərin heyətində olmur.
 
Mühasibat uçotu xidmətlərinin kənardan alınması (autsors) aşağıdakı üstünlüklər verir:
  • Qənaət - daimi işçi olan mühasibin maaşı və digər xərcləri adətən autsors mühasiblərin xidmət haqlarından daha yüksək olur;
  • Bilik və bacarıqlar - bizim komandamızın mühasibatlıq sahəsində biliyi və təcrübəsi daha genişdir nəyinki tək işçinin;
  • Davamlılıq - sizin mühasibatlıq qolunuz bütövlükdə bir adamdan asılı olmur.
Biz maliyyə və idarəetmə uçotu üzrə xidmətlərimizi kiçik və orta müəssisələrə sabit aylıq xidmət haqqı əsasında təklif edirik. Xidmətlərimizi hər müştəri üçün onun ehtiyaclarına uyğun fərdi şəkildə göstəririk. Bu xidmətlərə aşağıdakılar daxildir:
  • Əməliyyatların mühabirləşməsi və baş kitabın işlənməsi;
  • Bank və kassanın işlənilməsi;
  • Kreditor borcları;
  • Debitor borcları;
  • Mal-materialların uçotu;
  • Əsas vəsaitlər;
  • Aylıq balans, mənfəət və ya zərər və pul hərəkətləri hesabatlarının hazırlanması;
  • İdarəetmə hesabatlarının hazırlanması (satışlar, məhsullar üzrə rentabellik, borcların yaşlanması, seqmentlər üzrə hesabatlar və sair).
Mühasibat uçotu üzrə aylıq xidmət haqlarımız şirkətin fəaliyyətinin mürrəkəbliyindən, əməliyyatların həcmindən və tələb olunan hesabatların sayından asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi aylıq xidmət haqqı 500 AZN - 2,500 AZN arasında dəyişə bilər.
 
 

Our clients

Our Partners