Kompilyasiya və audit dəstəyi
Kompilyasiya və ya maliyyə hesabatlarının tərtibatı xidməti şirkətlərə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun hazırlanıb təqdim olunmasında kömək edir.
Biz bu xidməti aylıq, rüblük və ya illik maliyyə hesabatları üzrə Azərbaycanda fəaliyyət göstərən şirkətlərə təklif edirik. Kompilyasiya zamanı biz sizdən mühasibatlıq yazılışlarını götürüb müvafiq beynəlxalq standartlara uyğun maliyyə hesabatlarınızı hazırlayırıq. Maliyyə hesabatlarının tərtibatı zamanı biz rəqəmlərin düzgün olub-olmamasını yoxlamırıq və buna dair rəy vermirik. Lakin biznesin xüsusiyyətlərini öyrənərək və yerli uçot ilə beynəlxaq uçotunun fərqlərini nəzərə alaraq biz hesabatların müvafiq standartlara uyğun olmasını mümkün olan maksimum dərəcədə təmin edirik.
Our clients
Our Partners