Haqqımızda

Davud Mamedov MMC mühasibatlıq, maliyyə məsləhətçiliyi, CFO xidmətləri, korporativ və fərdi təlimlər sahələrində ixtisaslaşmış konsaltinq firmasıdır. Maliyyə üzrə geniş təcrübəmizi innovativ texnologiyalarla birləşdirməklə biz maliyyənin idarə olunmasında və planlamasında şirkətlərə kömək edirik.
 
Bir sıra kiçik və orta təşkilatların CFO və mühasiblər komandasını daimi saxlamağa imkanları olmur. Bunun nəticəsində belə şirkətlərin rəhbərləri adətən şirkətin real maliyyə vəziyyəti barədə çox az biliyə sahib olurlar. Bəzən onlar özləri bunu ölçməyə çalışırılar lakin mühasibatlıq biliklərinin və data ilə işləmək bacarıqlarının məhdud olmasına görə bunə həddindən artıq çox vaxt sərf edirlər və yalnış nəticələr əldə edirlər.
 
Bu problemi həll etmək üçün biz bütün lazımi bilik və bacarığımızı müştərinin ehtiyaclarına görə uyğunlaşdırılmış şəkildə və həcmdə təklif edirik. Beləliklə müştərilərimiz daimi CFO və mühasibatlıq saxlamaq xərcini çəkməyərək bütün tələb olunan xidmətlərdən faydalana bilir. Bizim təcrübəli mütəxəssislərimiz şirkətlərin rəhbərliyi ilə daimi təmasda olmaqla onlara maliyyə hesabatlarının oxunmasında və onlardan nəticə çıxarılmasında köməklik göstərir. Xidmətlərimizdən daha effektiv və rahat şəkildə istifadə etmək üçün biz dünyanın aparıcı cloud sistemləri ilə işləyirik: Teamwork, Xero, Zoho, Liveplan, Odoo və digərləri.
 
Biz aşağıdakı məsələlərdə şirkətlərə birdəfəlik və ya mütəmadi yardım göstəririk:
  • şirkətlərdə mühasibatlıq bölməsinin qurulması, monitorinqi və auditi;
  • idarəetmə uçotu üzrə müfəssəl sisteminin qurulması;
  • əldə olan maliyyə və qeyri-maliyyə məlumatların təhlili və rəhbərliyə hesabatların verilməsi;
  • əsas vəsaitlərin uçotu və idarə olunması;
  • biznes planların hazırlanması;
  • investisiyaların və aktivlərin qiymətləndirilməsi;
  • maliyyələşmənin və investorların cəlb olunması.