Haqqımızda

"Davud Mamedov" MMC 2015-ci ildə təsis olunmuş, hər növ mühasibatlıq xidmətlərini göstərən şirkətdir. Bizim missiyamız müştərimizin etibarlı məsləhətçisi olmaq və onun biznesinə dəyər qatmaqdır.

Şirkət olaraq gənc olduğumuza baxmayaraq biz iş adamlarına və müəssisə rəhbərlərinə davamlı olaraq yeni və innovativ xidmətlər təklif edirik. Bizim xidmətlər geniş spektri əhatə edir. Bura CFO xidmətləri, biznesin planlanması, maliyyə modellərin qurulması, audit, qiymətləndirmə, maliyyə məsləhətçiliyi, mühasibat uçotu, vergilər, korporativ təlimlər və digər xidmətlər daxildir. Maliyyə sahəsi üzrə geniş təcrübəmizi innovativ texnologiyalarla birləşdirməklə biz maliyyənin idarə olunmasında və planlamasında şirkətlərə kömək edirik. Nəticədə hər bir müştərimiz individual yanaşma əsasında xidmət alır və eyni zamanda bütün komandamızın bilik və bacarıqlarından faydalana bilir.

Komandamız daimi öz üzərində işləyən, inkişaf edən müasir və qabaqcıl peşakarlardan ibarətdir. Təcrübəmiz pərakəndə, bank, sığorta, istehsalat, turizm, kənd təsərrüfatı, xidmət, tikinti və bir çox digər sektorları əhatə edir.

Azərbaycanda bizim müştərilər:

Our clients

Our Partners