Maliyyə modeli
Maliyyə modeli şirkətin keçmişini əks etdirən və gələcəyə doğru proqnozlaşdırılmış maliyyə hesabatlarıdır. Bir çox amilləri və fərziyyələri nəzərə alarkən maliyyə modeli biznesin indiyə qədər necə işlədiyini və bundan sonra necə işləyəcəyini göstərir. O biznesdə qərar vermək üçün ən önəmli alətlərdən biridir. Bundan başqa maliyyə modeli dövriyyə vəsaitlərinin idarə edilməsində, maliyyələşmə və investisiya fəaliyyətlərində yardımçı ola bilər.
Biz müştərimizin biznesini öyrənib, onun xüsusiyyətlərini nəzərə almaqla şirkət üçün fərdi maliyyə modelin hazırlanmasını təmin edirik. Modellər interaktiv qaydada çalışır və istənilən vaxt müxtəlif sualları cavablandırmaq, ssenariləri qurmaq və hər hansı dəyişikliklərə həssazlığı ölçmək üçün rəhbərliyin faydalı alətinə çevirilir. Maliyyə modelləri Excel proqramında hazırlanır. Hər bir hesablama və fərziyyələr modeldə ayrı-ayrılıqda yer alır və bunun sayəsində müştəri asanlıqla istənilən dəyişiklikləri edib biznesin fərqli şəraitlərdə hansı nəticələri göstərəcəyini görə bilir. Müştərinin maliyyə işçilərinə modelin işlədilməsinə və yenilənməsinə dair müvafiq təlimlər keçirilir.
Həmçinin biz müştərinin mövcud modelinin yoxlanılmasını həyata keçirə bilərik. Modelin riyazi olaraq dəqiq işləməsinə, məntiqi ardıcıl olduğuna və daxil edilən məlumatların və fərziyyələrin adekvat olduğuna əminlik verə bilərik.
Maliyyə modelinin hazırlanması qiymətləri şirkətin mürəkkəbliyindən və satılan məhsulların sayından asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 4,000 AZN - 15,000 AZN arasında dəyişə bilər.
Our clients
Our Partners