Maliyyə-iqtisadi təhlil (Due diligence) şirkətlərə investisiya qərarlarını verməyə kömək edir. Maliyyə-iqtisadi təhlil zamanı biz sərmayə yatırılacaq şirkətinin təfsilatlı təhlilini aparırıq və investisiya qərarına təsir göstərə biləcək məsələlərə aydınlıq gətiririk.
Maliyyə-iqtisadi təhlilin əsas məqsədi risklərin aşkar edilməsidir ki, bu da investorun danışıqlar vaxtı daha güclü mövqeyə malik olmasını təmin edir.

Adətən maliyyə-iqtisadi təhlil aşağıdakı sahələri əhatə edir: 
- İnvestisiya ediləcək şirkətin və onun əməliyyatlarının təsviri;
 - İqtisadi mühitin təsviri;
 - Keçmiş fəaliyyətinin maliyyə təhlili;
 - Maliyyə proqnozlarının yoxlanılması;
 - Vergi və hüquq məsələlərinin yoxlanılması.