Maliyyə hesabatlarının auditi — şirkətin maliyyə hesabatlarının düzgünlüyünü və müvafiq mühasibat standartları və tənzimləmələrə uyğunluğunu təmin etmək məqsədilə aparılan müstəqil yoxlamadır. Məqsəd maliyyə hesabatlarında əhəmiyyətli səhvlərin olmadığına dair əminlik verməkdir.
Maliyyə hesabatlarının audit olunması şirkətə aşağıdakı üstünlükləri verir:
- Audit olunmuş maliyyə hesabatları şirkətin nüfuzunu artırır və tərəfdəşlarda güvən yaradır;
- Audit şirkətin qanunvericilik və normativ tələblərə uyğunluğunu təmin etməyə kömək edir və cərimə risklərini azaldır;
- Banklar və potensial investorlar adətən vəsait ayırmazdan və ya sərmayə yatırmazdan öncə şirkətin audit olunmuş hesabatlarını tələb edirlər;
- Bir çox hallarda iri tenderlərdə audit olunmuş maliyyə hesabatları tələb olunur ki, bu da şirkətə rəqabət üstünlüyü qazandırır və yeni müştərilər və satışlar əldə etmək şansını artırır.

Biz dərin peşəkar bilikləri yüksək səviyyədə avtomatlaşdırılmış proseslə birləşdirən unikal audit xidmətləri təklif edirik ki, bu da hər bir müştərinin ehtiyaclarına uyğun səmərəli və sürətli nəticə verir. Bizi şirkətinizin auditoru olaraq seçməyiniz Sizə aşağıdakı 3 əsas üstünlük verir:
- Yerli firma olsaq da, komandamız Böyük Dördlük şirkətlərində qazandığı geniş təcrübə və ACCA kimi beynəlxalq kvalifikasiyalarla hər bir auditin yüksək səviyyədə aparılmasını təmin edir;
- Daxili proqram həlləri və süni intellekt sayəsində məlumatların əl ilə işlənməsini və insan müdaxiləsini minimuma endirərək maksimum səmərəlik əldə edirik və xidmətimizi daha sərfəli qiymətlərlə təklif edirik;
- Audit prosesinin böyük hissəsini avtomatlaşdırmaqla, biz yüksək sürətə nail oluruq və müştərinin sıx qrafikinə uyğun olaraq işi ən qısa zamanda təhvil veririk.