Audit xidmətləri

Hesabatların hazırlanması

Hesabatlarının hazırlanması xidməti şirkətlərə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun hazırlanıb təqdim olunmasında kömək edir.
Biz bu xidməti aylıq, rüblük və ya illik maliyyə hesabatları üzrə şirkətlərə təklif edirik. Hesabatların hazırlanması zamanı biz sizdən mühasibatlıq yazılışlarını götürüb müvafiq beynəlxalq standartlara uyğun maliyyə hesabatlarınızı hazırlayırıq. Maliyyə hesabatlarının tərtibatı zamanı biz rəqəmlərin düzgün olub-olmamasını yoxlamırıq və buna dair rəy vermirik. Lakin biznesin xüsusiyyətlərini öyrənərək və yerli uçot ilə beynəlxaq uçotunun fərqlərini nəzərə alaraq biz hesabatların müvafiq standartlara uyğun olmasını mümkün olan maksimum dərəcədə təmin edirik.
service
Biz maliyyə hesabatlarının hazırlanmasını İFRS və İPSAS standartlarına uyğun həyata keçiririk.
Həmçinin biz müştərilərimizi illik auditə hazırlamaqda öz dəstəyimizi göstəririk. Biz auditin planlaşdırılma mərhələsindən başlayaraq maliyyə hesabatlarının imzalanmasına qədər iştirak edirik. İşimizin əhatə dairəsi auditorlara lazımi məlumatların verilməsini, auditorların suallarının cavablandırılmasını, audit üçün ilkin sənədlərin yığılmasını və təqdim olunmasını, auditlə bağlı digər məsələlərin idarə olunmasını əhatə edir.