Revyu
Revyu zamanı maliyyə hesabatları təhlil olunur və şirkətin rəhbərliyi və digər işçiləri sorğu edilir. Buna görə revyu yoxlaması audit ilə müqayisədə istifadəçilərə daha az əminlik verir.
Revyu zamanı auditor maliyyə hesabatlarında onların tam düzgün tərtib olunmamasına dair hər hansı nöqsanlar aşkar edə bilər. Ona görə revyu rəyində sadəcə auditorun yoxlama zamanı belə məqamlara rast gəlib-gəlmədiyi barədə deyilir.
Biz İFRS, İPSAS və yerli standartlara əsasən hazırlanmış maliyyə hesabatlarına dair revyu yoxlamalarını həyata keçiririk. Bütün yoxlamalarımız Revyu Yoxlamalarının Beynəlxalq Standartlarına əsasən aparılır.
Bankların, sığorta şirkətlərinin, tikinti, ticarət və istehsalat ilə məşğul olan orta və iri şirkətlərinin revyu yoxlamalarında bizim geniş təcrübəmiz var.
Revyu yoxlamalarının qiymətləri şirkətin böyüklüyündən və əməliyyatların mürəkkəbliyindən asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 6,000 AZN - 12,000 AZN arasında dəyişə bilər.
Our clients
Our Partners