"Maliyyəçi olmayanlar üçün maliyyənin əsasları" təlimi
Şirkətinizdə daha çevik və səmərəli idarəetmə sisteminin qurulmasını istəyirsinizsə, menecerləriniz maliyyənin əsaslarını bilməlidirlər. Bu təlim sadə və anlaşılan formada sizə maliyyənin və uçotun əsaslarını öyrədəcək. Bu sizin maliyyə və biznes bacarıqlarınızı irəliyə aparmaqla iş yerində daha effektiv və səmərəli qərarların verilməsinə yardım edəcək.
Təlim mühasibat uçotunun əsaslarından başlayaraq maliyyə hesabatlarının oxunmasını və təhlil olunmasını izah edir.
Siz aşağıdakıları öyrnəmiş olacaqsınız:
- Maliyyəçi və mühasiblə eyni dildə danışmaq
- Maliyyə hesabatlarını başa düşmək
- Maliyyə hesabatlarını təhlil etmək
- Şirkətin maliyyə vəziyyətini və fəaliyyətini qiymətləndirmək
- Şirkət/Şöbənin büdcəsini hazırlamaq
Bu təlim şirkətlərin rəhbərliyi, satış menecerləri, fərdi sahibkarlar, bankların kredit mütəxəssisləri və gənc mühasiblər üçün faydalı ola bilər. Təlimin proqramı aşağıdakı mövzuları əhatə edir:
- Giriş
- Maliyyənin şirkətdə rolu
- Maliyyə hesabatlarının strukturu
- Maliyyə hesabatlarının təhlili
- Pul hərəkətləri hesabatı
- Vergilər
- Büdcələmə
Təlim və bütün materiallar Azərbaycan dilində təqdim olunur. Təlimin standart müddəti 8 saatdır.
Şirkətlər üçün təlimin qiyməti xüsusi uyğunlaşdırmaların həcmindən asılı olaraq 1,300 AZN - 1,950 AZN arasında dəyişə bilər.
Our clients
Our Partners