Anbar Sayımı
Anbar sayımı şirkətə məxsus mal-materiallar ehtiyatlarının fiziki olaraq sayılması və yoxlanılması prosedurudur. Anbar sayımı bir çox səbəblərə görə önəmlidir. Mal-material qalıqlarının hesabat dövrünün sonuna qalığı şirkətin il üzrə mənfəətinə təsir edir. Çünki satışların maya dəyəri maddəsi adətən xərclərin arasında ən əhəmiyyətli maddə olur.
Bundan başqa faktiki qalıqların mühasibatlıq yazılışları ilə arasında olan fərqlər bir sıra çatışmazlıqları aşkar etməyə və bunun nəticəsində daha güclü nəzarət sistemi qurmağa imkan verir. Bu da öz növbəsində gələcəkdə daha yüksək gəlirliyə nail olmağa şərait yaradır. Anbar sayımları şirkətin rəhbərliyi üçün aşağıdakıları təmin edir:
- Yeyintiləri və oğruluğu aşkar etmək;
- Normadan artıq itkiləri aşkar etmək;
- Yeni sifarişlər prosesini təkmilləşdirmək;
- Qiymətdəndüşmə əlamətlərini aşkar etmək;
- Qiymətqoyma prosesində boşluqlar aşkar etmək;
Bizim komandanın iqtisadiyyatın bir çox sektorlarında anbar sayımı təcrübəsi var. Bura otelçilik, kənd təsərrüfatı, tikinti materialları, pərakəndə və topdan satış və digər sahələr daxildir.
Anbar sayımı üzrə xidmət haqlarımız mal-material qalıqlarının həcmindən, yerləşməsindən və müxtəlifliyindən asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 1,000 AZN - 6,500 AZN arasında dəyişə bilər.
Our clients
Our Partners