"İdarəetmə uçotu" təlimi
"İdarəetmə uçotu" təliminin əsas məqsədi müəssisənin fəaliyyətini planlaşdırmaq və ona nəzarət etmək üçün lazım olan mühasibatlıq üsulları barədə bilikləri tələbələrə ötürməkdir. Mühasibatlıq yazılışları biznesin necə pul qazandığı və xərclədiyi barədə bir çox faydalı məlumatların özündə daşıyır. İdarəetmə uçotu bu məlumatları elə forma işləyib təqdim edir ki, şirkətin rəhbərliyi onun əsasında strateji qərarları qəbul edə bilsin.
Məsələn, idarəetmə uçotu aşağıdakı suallara cavab verir:
- Şirkətin məhsulunun 1 ədədi üzrə ortalama əmək xərci nə qədərdir?
- Marketinq kampaniyaları satışa hansı dərəcədə təsir edir?
- Yeni yatırım üzrə gəlirlik nə qədər olmalıdır?
- Hansı məhsullar daha çox mənfəət gətirir, hansılar isə əksinə zərərlə işləyir?
Təlim xüsusi ilə rəhbər işçilər, mühasibatlıq və maliyyə mütəxəssisləri və fərdi sahibkarlar üçün faydalı ola bilər. Təlimin proqramı aşağıdakı kimidir:
- İdarəetmə məlumatların mahiyyəti, mənbələri və məsədi
- İdarəetəmə uçotunun üsulları;
- Büdcələmə;
- Standart maya dəyəri;
- Nəticələrin qiymətləndirilməsi.
Təlim və bütün materiallar Azərbaycan dilində təqdim olunur. Təlimin standart müddəti 20 saatdır.
Şirkətlər üçün təlimin qiyməti xüsusi uyğunlaşdırmaların həcmindən asılı olaraq 3,700 AZN-dan 4,400 AZN-a qədər dəyişə bilər.
Our clients
Our Partners