Biznesin qiymətləndirilməsi
Biznesin qiymətləndirilməsi onun təsisçiləri tərəfindən satılacağı təqdirdə əldə edilə bilən məbləğin müəyyən edilməsi üçün təklif olunan xidmətdir. Belə qiymətləndirilmə müxtəlif səbəblər üçün həyata keçirilə bilər, məsələn potensial satış, hər hansı payçının çıxışı, səhmdarlar arasında mübahisə, biznesin planlaması, tənzimləyici orqanların tələbi ilə və sair. Biznesin qiymətləndirməsi xidməti bir sıra müxtəlif prosedurlardan ibarət olan prosesdir.
İstənilən işlək biznesin qiyməti onun gələcəkdə əldə ediləcək mənfəətindən və o mənfəətin əldə edilməsinə dair risklərdən asılıdır. Maliyyə modellərinin hazırlanmasında və proqnozların qurulmasında geniş təcrübəmiz bizə imkan verir ki, şirkətinizin dəyərini maksimal dərəcədə dəqiq və etibarı şəkildə hesablayaq. Biznesin qiymətləndirilməsi aşağıdakı mərhələlərdən ibarət olur:
- İlkin planlama - qiymətləndirmənin məqsədi və əhatə dairəsi müəyyənləşdirilr, uyğun metodologiya və informasiya mənbələri seçilir;
- Məlumatların toplanması - lazımi mühasibatlıq və digər məlumatlar toplanılır;
- Rəhbərliklə görüşlər - biznesin və onun gələcək nəticələrini tam anlamaq üçün müştərinin rəhbərliyi ilə bir sıra görüşlər keçirilir;
- Təhlil - toplanmış məlumatlar müxtəlif üsullar ilə təhlil olunur ki, nəticədə realistik proqnozlar qurula bilsin;
- Hesabatın təhvil verilməsi - ilkin hesabat müştəri tərəfindən yoxlanılır və nəticədə yekun hesabat imzalanır.
Qiymətləndirmənin əsası olan maliyyə modeli işin sonunda həmçinin müştəriyə təhvil verilir.
Biznesin Qiymətləndirilməsi üzrə xidmət haqlarımız şirkətin böyüklüyündən və əməliyyatların mürəkkəbliyindən asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 6,000 AZN - 20,000 AZN arasında dəyişə bilər.
Our clients
Our Partners