CFO Xidmətləri
Biznesi idarə etmək olduqça çətin bir işdir. Orta biznes sahiblərinin bütün vaxtları adətən satış və komandanın idarə olunmasına gedir. Nəticədə maliyyə və mühasibatlıq işlərinin idarə olunmasına yetərincə diqqət yetirilmir. Və bir çox kiçik və orta ölçülü şirkətlərin daimi CFO saxlamaq üçün imkanları olmur. Belə hallarda bizim CFO xidmətlərimiz Şirkətinizin maliyyə işlərinin idarə edilməsində kömək ola bilər. Biz maliyyə sahəsində geniş təcrübəmizi və biliklərimizi Sizə daha münasib qiymətlə təklif edirik.
CFO xidmətlərimiz şirkətin idarə olunmasını və nəzarəti sistematik şəkildə qurmağa imkan verəcək. Biz gündəlik maliyyə işlərini qaydasına salmaqdan başqa, həm də şirkətin fəaliyyətini strateji nöqteyi nəzərdən qiymətləndirib onun rəhbərliyinə və sahiblərinə tövsiyyələrimizi veririk. Xidmətlərimiz aşağıdakılrı əhatə edir:
- Maliyyə təhlili və planlama
- Rentabellik təhlili
- Qiymətqoyma məsələləri
- Xərclərə nəzarət
- Borcların idarə olunması
- İşçilərin dəyərləndirilməsi və motivasiya sistemləri
- Pul hərəkətlərinin proqnozlaşdırılması
- Büdcələmə və monitorinq
- Strateji və taktiki məsələlər
CFO Xidmətləri üzrə aylıq xidmət haqlarımız şirkətin mürəkkəbliyindən və idarə olunacaq sahələrin sayından asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi aylıq xidmət haqqı 500 AZN - 2,500 AZN arasında dəyişə bilər.
Our clients
Our Partners