Back Ofis Dəstəyi
Back Ofis Dəstəyi xidməti çərçivəsində Şirkətinizin iş sənədləşməsi, məlumatların daxil edilməsi, uçot və digər standart inzibati tapşırıqları bizim mütəxəssislərə həvalə edilə bilər. Bizim xidmət sayəsində Sizin dəyərli vaxtınız inzibati rutin işlərə deyil, satış və müştəri xidməti kimi önəmli məsələlərə sərf ediləcək.
Back ofis proseslərin effektiv idarə olunması Şirkətin uğur əldə edəcəyinə böyük köməklik göstərə bilər. Müxtəlif sistemlərin və qanunvericilik tələblərinin daima artdığı müasir dövrdə bu tip inzibati işlərin həcmi kəskin artmışdır. Bu proseslərin səmərəli idarə olunması üçün vaxt və avtomatlaşdırılmış həllər tələb olunur.
Bizi Sizin şirkətinizə dəstək olmaqla bütün maliyyə və inzibati xidmətləri göstərməyə hazırıq. O cümlədən:
- HR işləri
- Müqavilələrin idarə olunması
- Hesabların (invoysların) kəsilməsi və müştərilərə göndərilməsi
- Tərcümələr
- Banklar ilə əməliyyatların aparılması və ünsiyyət
- Məlumatların daxil edilməsi
- Təkliflərin hazırlanması
- Ərizələrin və məktubların hazırlanması və göndərilməsi
- Sifarişlərin işlənilməsi
- Kataloqların yenilənməsi və idarə olunması
- Sənədlərin saxlanması və arxivləşdirilməsi
Təcrübəli mütəxəssislərimiz və geniş bilik bazamız sayəsində hər müştərimizin ehtiyaclarına görə fərdi şəkildə xidmətlərimizi göstəririk. Müştərilərimiz üçün operativ və rahat xidmət göstərmək məqsədli hər Şirkət üçün tərəfimizdən xüsusi mütəxəssis ayrılır.
Back Ofis Dəstəyi üzrə aylıq xidmət haqlarımız şirkət tərəfindən göndərilən sorğuların sayından və müxtəlifliyindən asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi aylıq xidmət haqqı 300 AZN - 1,200 AZN arasında dəyişə bilər.
Our clients
Our Partners