Excel-da xanaların içindən yalnız VÖEN-i seçib ayırmaq üçün bu düsturdan istifadə edə bilərsiniz.
Bir sıra hallarda (məs., bank çıxarışlarında) şirkətlərin VÖEN-ləri ümumi bir sütunda digər məlumatlarla qarışıq şəkildə təqdim olunur. O zaman həmin sütundakı xanalardan yalnız VÖEN-i seçib ayrıca bir sütunda göstərmək zərurəti yaranır.

Bu Excel düsturu istənilən xanadan VÖEN-i müəyyən edib ayrıca göstərir. VÖEN tapılmadıqda nəticə boş xana olur. Bir neçə VÖEN olduqda isə onlar “/” işarəsi ilə ayrılaraq ardıcıl göstərilir.
Qeyd: Düstur Excel 2019 və ya daha köhnə versiyalarda işləməyə bilər.