Sizə faydalı

Qanunvericiliklə müəyyən edilmiş hesablar planı

cover
  • Dərc tarixi
  • 30 yanvar 2017

30 yanvar 2017-ci il tarixində Maliyyə Nazirliyi tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydalarını təsdiq edilib.

Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır. Bu qaydalar kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər tərəfindən mühasibat uçotunun aparılmasını tənzimləyir. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri, habelə publik hüquqi şəxslər Beynəlxalq Standartlar əsasında maliyyə hesabatlarını tərtib etdikdə bu qaydalar onlara şamil edilir.

Qaydalar çərçivəsində beynəlxalq standartların tələblərinə cavab verən hesablar planı hazırlanmış və təsdiq edilmişdir.

Hesablar planını Excel formatında aşağıdakı linkdən yükləyə bilərsiniz: