Kredit analizi

Kredit analizinin məqsədi kreditin verilib-verilməməsi barədə qərar qəbul etməkdir. Həmçinin kredit analizi mövcud borcalanlar üzrə monitorinqin aparılması məqsədi ilə də keçirilə bilər.

Bu xidmət banklara və potensial borcalanlara təklif olunur. Biz borcalanın dərin və hərtərəfli kredit analizini banka münasib vaxt qrafiki çərçivəsində həyata keçiririk. 
 
Hər bir hesabata rəhbərlik üçün xülasə, şirkət haqqında məlumatlar, layihənin və industriyanın təhlili, biznesin maliyyə təhlili, zaminin maliyyə vəziyyəti və girovun qiymətləndirilməsi daxildir. İşimizin əhatə dairəsi bankın xüsusi istəklərinə görə dəyişə bilər.
 
Əsas hesabatlar aşağıdakılardır:
 
  • Kredit analizi;
  • Girovun qiymətləndirilməsi;
  • Rəhbərliyə təqdimat.
 
Kredit analizinin qiymətləri potensial borcalanın böyüklüyündən və  mürəkkəbliyindən asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 8,000 AZN - 15,000 AZN arasında dəyişə bilər.
 

Our clients

Our Partners