İdarəetmə hesabatları

Dolğun və vaxtında hazırlanmış idarəetmə hesabatları şirkətin effektiv idarə olunmasında ən önəmli rollardan birini oynayır. Tərkibində yalnız ümumiləşdirilmiş balans və mənfəət zərər hesabatları olan ənənəvi maliyyə hesabatlarından fərqli olaraq idarəetmə uçotu şirkətin fəaliyyətini daha dərindən təhlil etməyə imkan verir və daha geniş mənzərəni görməyə kömək edir. İdarəetmə hesabatları aşağıdakı sahələrə nəzər salmaqla rəhbərlik üçün son dərəcədə faydalı alətə çevirilir: 
  • son trendləri görmək üçün satışlar üzrə ətraflı analitika;
  • departementlər, dükanlar, produktlar və digər seqmentlər üzrə gəlirlilik analizi;
  • şirkətin əsas göstəriciləri üzrə plan-fakt müqayisəsi;
  • işçilərin məşğulluğu və səmərəliyi;
  • dövriyyə kapitalı üzrə effektivlik təhlili;
  • likvidlik analizi.
Biz müştərilərimizə maliyyə və qeyri-maliyyə məlumatlarını əks etdirən həftəlik, aylıq və illik hesabatlardan ibarət olan etibarlı və çevik idarəetmə hesabatları sistemini qurmağa kömək edirik. Biz şirkətdə mövcud olan uçot sisteminin diaqnostikasından başlayırıq və nəticədə şirkət üçün uyğun hesabatlılıq modelini təklif edirik. Bizim mütəxəssislər şirkətin strategiyasına uyğun olan əsas göstəriciləri təyin etməyə kömək edir və bunun əsasında idarəetmə hesabatlarının tərkibini müəyyənləşdirir. Biz işimizdə son texnologiyalardan faydalanaraq hesabatların oxunaqlı vizual formatda və online rejimdə hazırlanmasına imkan yaradırıq.
 
İdarəetmə hesabatları sisteminin qurulması üzrə xidmət haqqımız şirkətin mürəkkəbliyindən və tələb olunan müfəssəllikdən asılıdır. Kiçik və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 6,000 AZN - 17,000 AZN arasında dəyişə bilər.