Audit dəstəyi

Maliyyə hesabatlarının kənar auditi adətən vaxt aparan və bahalı bir prosedurdur. Şirkət kənar auditə hazır olmadığı halda audit prosesi uzanır və gündəlik əməliyyatlara mane olur. Bu da dolayısı ilə artıq xərclərə gətirib çıxarır.

Kənar auditdə və real sektorda olan təcrübəmiz sayəsində biz müştərilərimizi illik auditə hazırlayırıq. Biz auditin planlaşdırılma mərhələsindən başlayaraq ta maliyyə hesabatlarının imzalanmasına qədər iştirak edirik. İşimizin əhatə dairəsi aşağıdakılardan ibarətdir:
 
  •     Maliyyə hesabatlarının hazırlanması;
  •     Auditorlara lazımi məlumatların verilməsi;
  •     Auditorların suallarının cavablandırılması;
  •     Audit üçün ilkin sənədlərin yığılması və təqdim olunması;
  •     Auditlə bağlı digər məsələlərin idarə olunması.
Audit dəstəyinin qiymətləri şirkətin böyüklüyndən və mürəkkəbliyindən asılıdır. Böyük və orta yerli şirkətlər üçün cəmi xidmət haqqı 12,000 AZN - 24,000 AZN arasında dəyişə bilər.
 

Our clients

Our Partners